“Barselona” və İspaniya milli komandasının keçmiş futbolçusu Andres İnyesta Peru prokurorları tərəfindən fırıldaqçılıqda təqsirləndrilir.
Olimpnews.az El Espanol qəzetinin məlumatına istinadən xəbər verir ki, prokurorlar ispaniyalı mütəxəssisi bir neçə yerli sahibkara 518 min avrodan çox zərər vuran maliyyə fırıldaqçılığında iştirak etməkdə şübhəli bilirlər. Bu sahibkarlar İnyestanın ortaq mülkiyyətində olan "Never Say Never Barcelona" şirkətini və onun törəmə şirkətini Cənubi Amerikada müxtəlif idman və mədəni tədbirlərin təşkili ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirməməkdə ittiham edirlər.


