Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst güləş və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək. Minskdə qadın güləşçilərimiz qüvvələrini sınayacaqlar. Turnirdə baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin başçılığı altında 10 güləşçi mübarizə aparacaq. Qeyd edək ki, turnirdən sonra komandamız Minskdə Belarus yığma komandası ilə birgə təlim-məşq toplanışında iştirak edəcək. Martın 14-dək davam edəcək təlim-məşqlər Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Turnirin baş əlaqələndiricisi federasiyanın baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov olacaq. O, FİLA-nın nümayəndəsi kimi yarışların təşkilinə və gedişinə nəzarət edəcək.