Portuqaliyalı baş məşqçi Serxio Konseysaonun “Əl-İttihad”dakı işi ərəbləri qane etmir. Frnsalı Loran Blanın yerinə təyin edilərək iki illik müqavilə imzalayan Konseysaoya qarşı bir aydan sonra narazılıqlar yaranıb.
Olimpnews.az xəbər verir ki, Portuqaliyanın "A Bola" nəşrinin məlumatına görə, "Əl-İttihad" Dünya çempionatından sonra Fransa milli komandasından ayrılmağı planlaşdıran Didye Deşam ilə razılıq əldə edib. Ərəb klubu məhz bu səbəbdən onunla yollarını ayırmağı düşünür.


