"Barselona"nın ispaniyalı futbolçusu Lamin Yamal millinin düşərgəsindən uzaqlaşdırılıb.
Olimpnews.az xəbər verir ki, buna səbəb 18 yaşlı futbolçunun zədəli olmasıdır. Belə ki, İspaniya Futbol Federasiyasının (RFEF) tibbi xidməti Lamin Yamalın qasıq nahiyəsindəki narahatlıq səbəbindən milli komandanın təlim-məşq toplanışının başladığı gün, həm də müalicə aldığını öyrənəndə təəccüblənib. Onlara bu barədə yalnız gecə saatlarında, 7–10 gün istirahət tövsiyə edən tibbi hesabat vasitəsilə məlumat verilib.
Nəticədə futbolçu heyətədən kənarlaşdırılıb.


