İtaliyanın "Udineze" klubunun rəhbərliyi müqavilə ilə "Qalatasaray"a məxsus olan Nikolo Zaniolonu birdəfəlik transfer etmək istəyir.
Olimpnews.az xəbər verir ki, İtaliya təmsilçisi futbolçunun birdəfəlik transferi üçün Türkiyə klubuna rəsmi təklif yollayacaq.
Qeyd edək ki, Zaniolo bu mövsüm "Udineze"nin heyətində uğurlu mövsüm keçirir. O, son 5 oyunda 3 qolla yadda qalıb.


