Messi həyatının ən xoşbəxt anlarından danışıb

Messi həyatının ən xoşbəxt anlarından danışıb

Argentinalı ulduz futbolçu Lionel Messi həyatda ən xoşbəxt anlarından danışıb. O, həmin anlardan birini seçməkdə çətinlik çəkib. "Ən xoşbəxt anımı seçmək çətindir. Şükürlər olsun ki, futbolda böyük anlar yaşadım. Ümumiyyətlə, insanlar xoşbəxtlik deyəndə titulları, qazandığımız uğurları və böyük nəticələri nəzərdə tuturlar. Lakin Pep Quardiola ilə qazandığımız ilk altıqat titul tam bir möcüzə idi. Bundan başqa Luis Enrike ilə son Çempionlar Liqası da eyni dərəcədə xüsusi idi. Düzünü desəm, yalnız bir anı seçmək mümkün deyil".