"Mənfi şərhlər həqiqətən insanı çətin vəziyyətə salır"

"Mənfi şərhlər həqiqətən insanı çətin vəziyyətə salır"

Altıqat Böyük Dəbilqə çempionu, tennis üzrə dünya reytinqini lideri olan ispaniyalı Karlos Alkaraz turnirlərdəki uğursuz matçlardan sonra sosial mediada ona yönələn mənfi şərhlərə münasibətindən danışıb. "Düzünü desəm, məğlubiyyətlər qaçılmazdır. Mənfi şərhlərə əhəmiyyət vermirəm. Hər şeyi düzgün etsəniz də, səhv etsəniz də, yenə də tənqid eşidəcəksiniz. Bu istər əsl azarkeşlərə, istərsə də mənə nifrət edənlərə aiddir. Lakin bəzi mənfi şərhlər həqiqətən insanı çətin vəziyyətə salır", - deyə "Sportskeeda" Alkarazdan sitat gətirib.