Neapol təmsilçiləri baş məşqçidən razıdırlar

Neapol təmsilçiləri baş məşqçidən razıdırlar

İtaliyanın "Napoli"i klubunun rəhbərliyi baş məşqçi Antonio Konte ilə yollarını ayırmaq barədə düşünmür.

Olimpnews.az "Sportmediaset"in məlumatına istinadən xəbər verir ki, "Napoli"nin rəsmisi Aurelio de Laurentis qış transfer pəncərəsində onun üçün ən azı 50 milyon avro xərcləməyə hazırdır.

Məlumat üçün bildirək ki, İtaliya A seriyasında Neapol təmsilçiləri 11 oyundan sonra 22 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıblar. Ötən yay kluba cəlb olunan Kontenin müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatır.