"Barselona" yeni məşqçi ilə müqavilə imzaladı

"Barselona" yeni məşqçi ilə müqavilə imzaladı

İspaniyalı Xavi Paskual "Barselona"nın basketbol klubu ilə müqavilə imzalayıb.

Olimpnews.az xəbər verir ki, bu məlumatı onun agenti Vadim Mixalevski təsdiqləyib. Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2008-ci ildən 2016-cı ilə qədər İspaniya klubunu məşqçi kimi çalışdırıb. Paskualın müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.