Futbol üzrə Fransa millisi ciddi itki ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, komandanın əsas qol silahlarından biri olan Kilian Mbappe zədələnərək klubun düşərgəsini tərk edib.
26 yaşlı hücumçu bu gün sağ topuğundakı iltihab səbəbindən Madridə qayıdıb.
Fransalı hücumçu futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Mbappe Bakıya gələ bilməyəcək


