Bu gün futbol üzrə DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Olimpnews.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan milli komandası da mərhələ çərçivəsində son oyununa çıxacaq.
Komandamız Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda son dünya dünya çempionatının gümüş mükafatçısı olan Fransa yığmasını qonaq edəcək. Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyunu latviyalı Andris Treimanis idarə edəcək.
Qeyd edək ki, aktivində 13 xalı olan Fransa yığması D qrupuna başçılıq edir. Aktivində bir xalı olan Azərbaycan millisi isə donuncu - dördüncü pillədə qərarlaşıb.


