Noyabrın 15-16-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi keçirilib.
İki gün davam edən turnirdə 38 klub və idman cəmiyyətini təmsil edən 172 (151 oğlan, 21 qız) cüdoçu qüvvəsini sınayıb.
"Judo Club 2012" klubunun cüdoçuları turnirdə uğurla çıxış edərək 3 qızıl və 1 bürünc medal qazanıb.
Klubun üzlərindən Leyla Əliyeva (-52 kq), Kənan Məmmədli (-81 kq) və Vidad Əliyev (-100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb. Bürünc medalı isə klubun aktivinə Fərid İsmayılov (-100 kq) yazdırıb.
"Judo Club 2012" klubu bu nəticə ilə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdən ibarət olub.
"Judo Club 2012" klubu oğlanlar arasında birinci oldu


