“Düşmən hədəfindi, Azərbaycan əsgəri!” layihəsinin ikinci turu başlayıb

“Düşmən hədəfindi, Azərbaycan əsgəri!” layihəsinin ikinci turu başlayıb


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sumqayıt şəhərindəki 11 nömrəli tam orta məktəbin tir atıcılıq zalında "Düşmən hədəfindir, Azərbaycan əsgəri!” adlı layihənin ikinci turu başlayıb.
Bu turda ali, orta ixtisas və ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sumqayıtlı gənclər iştirak edib.
Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Hazırda atəşkəs rejimi hökm sürsə də, düşmən tərəfindən hər an hücum gözlənilir. Bu yarışın məqsədi döyüş zamanı silahdan düzgün istifadə etmək, gənclərə düşmənin canlı hədəflərini məhv etmək qaydalarını öyrətməkdir.
Sonra iştirakçı gənclərə bu qaydaları özündə əks etdirən bukletlər paylanılıb. İkinci turun əvvəlində yarış bölünən qruplar arasında keçirilib, növbəti mərhələdə isə qrup qaliblərinin arasında turun ilk üç qalibi müəyyən edilib. Yarış zamanı hər bir iştirakçının topladığı ballar qeydə alınıb və ikinci turun yekun protokolu tərtib edilib.
Yarışı Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və təhsil şöbəsinin nümayəndələri də izləyiblər.