“Borussiya”nın liderinə Asiyadan təklif gəlib

“Borussiya”nın liderinə Asiyadan təklif gəlib

Dortmund “Borussiya”sının hücumçusu Serhi Girassi Səudiyyə Ərəbistanı liqasından təklif alıb. Adı açıqlanmayan ərəb klubu 29 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Jurnalist Nikolo Şiranın sözlərinə görə, həmin qvineyalı futbolçuya ildə 20 milyon avro maaşla üç illik müqavilə təklif etməyə hazırdır. 

Qeyd edək ki, Girassi Dortmundda 65 oyunda 45 qol vurub, həmçinin 13 məhsuldar ötürmə edib. Transfermarktda təxmini dəyəri 45 milyon avro olan afrikalı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.