DÇ-2026: Portuqaliya millisindən böyükhesablı qələbə

DÇ-2026: Portuqaliya millisindən böyükhesablı qələbə

Portuqaliya millisi futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində böyükhesablı qələbə qazanıb. 

Olimpnews.az xəbər verir ki, doğma meydanda Ermənistan millisini qəbul edən prineylilər rəqibini 9:1 hesabı ilə məğlub edib.

Portuqaliya millisi qələbə sayəsində xallarının sayını 13-ə çatdıraraq F qrupunu lider kimi başa vurub. Üç xalı olan Ermənistan seçməsi isə qrup sonuncusu olub.