Azərbaycan nümayəndə heyəti Ciddəyə yola düşəcək

Azərbaycan nümayəndə heyəti Ciddəyə yola düşəcək

Azərbaycan nümayəndə heyəti martın 15-18-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək İslam Həmrəylik Oyunları üzrə 1-ci Əlaqələndirmə Komissiyasının iclasında və İslam ölkələrinin Gənclər və İdman nazirlərinin 2-ci konfransında iştirak edəcək. Bu barədə məlumat olimpnews.az saytına Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən daxil olub.
İclasda Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İHİF-nın vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi və İHİF-nın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digərləri iştirak edəcəklər.
Əlaqələndirmə Komissiyasının iclası martın 16-da baş tutacaq. Martın 17-də keçiriləcək idman nazirlərinin konfransının gedişində IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı növbəti hesabatın təqdimatı gözlənilir.