Milli Parkda trenajorlar quraşdırılıb

Milli Parkda trenajorlar quraşdırılıb

Ölkəmizdə idmanın kütləviliyi üçün həyata keçirilən işlər davam edir. Müxtəlif istirahət və əyləncə mərkəzlərində yaradılan qurğular idmanın inkişafına öz töhfəsini verir. Görülən işlər zamanı fiziki qüsurlu insanlar da yaddan çıxmır. İdman qurğularında insanların müxtəlif növlərlə məşğul olması üçün lazımi şərait yaradılır. Elə bugünlərdə Dənizkənarı Milli Parkda təməli qoyulan trenajor meydançası da yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcək. Burada 15 trenajor quraşdırılıb. Onlardan ikisi əlillər üçün nəzərdə tutulub. Trenajor meydançası Milli Olimpiya Komitəsi və Bulvar İdarəsinin təşkilatçılığı, «Baltika -Baku» şirkətinin dəstəyi ilə qurulub.
Meydançanın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.