İspaniyanın "Barselona" klubu iki il yarımlıq fasilədən sonra yenidən "Kamp Nou"ya qayıdır.
Olimpnews.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Kataloniya klubu La Liqanın 13-cu turu çərçivəsində keçiriləcək "Atletik"lə oyunu doğma meydanda kecirəcək. Oyun noyabrın 22-də Bakı vaxtı ilə saat 19:15-də baş tutacaq.
Qeyd edək ki, "Kamp Nou" 2023-cü ilin yayında təmirə bağlanmışdı.
"Barselona" yenidən "Kam Nou"ya qayıdır


