Azərbaycan gimnastları dünya kubokunun sahibi oldular

Azərbaycan gimnastları dünya kubokunun sahibi oldular



Macarsıtanın Debretsene şəhərində bədi gimnastika üzrə dünya kuboku başa çatıb.
Gimnastımız Marina Durunda final yarışlarında həlqə ilə hərəkətlərdə qızıl medal qazanıb. Yeniyetmələrin komanda turnirində gimnastlarımız Jalə Piriyeva və Züleyxa İsmayılova bürünc medala sahib olublar. Beləliklə, çoxnövçülükdə 34,483 bal toplayan Azərbaycan komandası birinci yeri tutub. İkinci yerə Çin (34,450), üçüncü yerə isə İsrail (32,933) gimnastları çıxıblar.