Braziliya millisinin üzvü Neymar və atası əfsanəvi futbolçu Pelenin tam brend mirasını 18 milyon dollar qarşılığında rəsmi olaraq alıblar. Olimpnews.az xəbər verir ki, razılaşmaya Pelenin tam şəkil hüquqları, ad istifadəsi, həmçinin tarixi arxivləri daxildir.
Məlumata görə, bu böyük anlaşmanın rəsmi təqdimatı çərşənbə günü, Pelenin tarixi 1000-ci qolunun ildönümündə həyata keçiriləcək.
Bu addım Neymar ailəsinə futbol tarixinin ən dəyərli və simvolik brendlərindən biri üzərində tam nəzarət imkanı verir.
Qeyd edək ki, Pele'nin karyerasında 757 rəsmi qolu var. Qeyri-rəsmi hesabatda isə 1281 qolu var.


