"Mançester Siti" klubunun baş məşqçisi Pep Quardiola gələcəkdə "Barselona" prezidenti olması ehtimalları barədə danışıb. 54 yaşlı ispaniyalı mütəxəssis klub prezidentliyi ilə bağlı suallara belə cavab verib: “"Barselona" klubunu rədd etmirəm. Hər zaman başladığın yeri dəstəkləyirsən. Lakin qalstukla prezident lojasında? Xeyr, bunu özümə edə biləcəyimi düşünmürəm”, - deyə Pep Quardiola bildirib.
Qeyd edək ki, P.Quradiola 2008-2012-ci illərdə "Barselona".klubunun baş məşqçisi olub.


