Dünyanın ən varlı futbolçularının siyahısı açıqlanıb.
Olimpnews.az xəbər verir ki, siyahıya Faiq Bolkiyah (20 milyard funt sterlinq) başçılıq edir.
Brazilyalı futbolçu Neymar Jr 1.3 milyard funt sterlinqlə ikinci, Kriştianu Ronaldo isə 1 milyard funt sterlinqlə üçüncüdür. Argentinalı ulduz futbolçu Lionel Messi 800 milyon funt sterlinqlə siyahının 4-cüsüdür.
Qeyd edək ki, Faiq Bolkiyah Bruneyin kral ailəsindəndir və illər əvvəl hətta "Çelsi", "Lester" akademiyalarında belə oynayıb. Hazırda Tayland liqasında çıxış edir.


