Xəbər verdiyimiz kimi "Barselona" klubu həftə sonu "Kamp Nou" stadionuna geri qayıdacaq.
Olimpnews.az xəbər verir ki, kataloniyalı futbolçular 2.5 illik fasilədən sonra doğma azarkeşlər önündə meydana çıxacaq. Klub noyabrın 22-də Bilbao "Atletik"ini qəbul edəcək. La Liqanın 13-cü turuna təsadüf edəcək matçın biletləri böyük marağa səbəb olub. Belə ki, İspaniya mediasının məlumatına görə, adi biletlərin qiyməti 199 avro ilə 599 avro arasında dəyişəcək. VIP biletlər isə 750-1000 avro aralığında olacaq.
Qeyd edək ki, "Barselona" - "Atletik" oyunu Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.


