Kürasao DÇ-2026-da iştirak edən, tarixdə ən az əhalisi olan ölkə olacaq. Çərşənbə axşamı Kürasao milli komandası tarixində ilk dəfə olaraq Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyasının (CONCACAF) seçmə mərhələsinin üçüncü mərhələsində birinci yeri tutaraq, mundiala vəsiqə qazanıb. Komanda hazırda FİFA Dünya Kuboku reytinqində 82-ci yerdədir.
Məlumat üçün bildirək ki, 2023-cü il siyahıyaalınmasına görə, adanın əhalisi 155.800 nəfərdir. Kürasao həmçinin 444 kvadrat kilometr ərazisi ilə dünya çempionatı tarixində ən kiçik ərazini təmsil edəcək.
Kürasao Niderland Krallığının tərkib hissəsidir. 2010-cu ilə qədər ada Niderland Antil adalarının bir hissəsi olub. Komandaya bu uğuru niderlandlı baş məşqçi Dik Advokat qazandırıb.
Əhalisi 155.800 nəfər olan bir ölkə dünya çempioanatına vəsiqə əldə edib


