"Olimpiya Oyunlarında estafet medalını qazanmaq istəyirəm"

"Olimpiya Oyunlarında estafet medalını qazanmaq istəyirəm"

Qış Olimpiya oyunlarının ikiqat Olimpiya gümüş medalçısı olan itlaliyalı Federiko Pelleqrino gələn il Milan və Kortina d Ampezzoda keçiriləcək Olimpiya Oyunlarında medal qazanmaq istəyindən danışıb. "Olimpiya Oyunlarında estafet medalını qazanmaq istəyirəm. Vətənimdə bu uğura yiyələnmək üçün hər şeyə hazıram. Mənə inananlara az deyil, onları sevindirmək lazımdır", - deyə "Eurosport"  35 yaşlı Pelleqrinonun sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, 2026-cı ildə İtaliyanın Milan və Kortina d Ampezzo şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunları 6-22 fevral tarixlərində təşkil olunacaq.