Uruqvay Futbol Assosiasiyası 70 yaşlı argentinalı məşqçi Marselo Bielsa ilə yeni müqaviləni müzakirə edəcək.
Olimpnews.az "Pasesuruqvay"ın məlumatına istinadən xəbər verir ki, Assosiasiya əslində, məşqçinin müqaviləsini uzatmaq barədə düşünmür.
Xatırladaq ki, Uruqvay millisi Dünya çempionatının seçmə mərhələsində 28 xal qazanaraq, dördüncü yeri tutub. Bielsanın rəhbərliyi altında "çarrua"lar nüfuzlu turnirə birbaşa vəsiqə qazanıb.


