«Bu komanda artıq özünü dünya çempionu hesab edə bilər»

«Bu komanda artıq özünü dünya çempionu hesab edə bilər»

«Kurasao milli komandasının gələn il keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazanması böyük zəhmətin nəticəsidir. Bu komanda artıq özünü dünya çempionu hesab edə bilər» Bu fikri Kurasao Futbol Federasiyasının prezidenti Gilbert Martina «Marca» qəzetinə verdyi müsahibədə  bildirib.

Xəbər verdimiz kimi, Kurasao milli futbol komandası çərşənbə axşamı tarixində ilk dəfə DÇ-2026-ya vəsiqə qazanıb. Kiçik ərazisi və əhalisi olan ada ölkənin futbol millisi   Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Assosiasiyasının (CONCACAF) seçmə mərhələsinin üçüncü mərhələsində birinci yeri tutub.