Afrikada artıq "ilin futbolçusu" müəyyənləşib 

Afrikada artıq "ilin futbolçusu" müəyyənləşib 

PSJ və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi Afrikada "ilin futbolçusu" seçilib.

Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidmətinə görə, o, bu mükafat uğrunda Məhəmməd Salahı («Liverpul», Misir) və Viktor Osimheni («Qalatasaray», Nigeriya) geridə qoyub. Məlumat üçün bildirək ki, 2024/25 mövsümündə 27 yaşlı Hakimi PSJ-nin tarixində ilk dəfə Çempionlar Liqasını qazanmasında xüsusi əmək sərf edib.

Xatırladaq ki, Hakimi PSJ-də 189 oyunda 27 qol və 38 məhsuldar ötürmə müəllifi olub. Mərakeş milli komandasında 88 oyunda 11 qol və 15 məhsuldar ötürmə ilə diqqət çəkib.