"Arsenal" Bukayo Saka ilə müqaviləni 2030-cu ilə qədər uzatmaq barədə razılığa gəlib. Jurnalist Fabris Hokinsin sözlərinə görə, Saka "topçular"ın Uilyam Saliba ilə müqaviləsini başa vurduqdan sonra bütün lazımi sənədləri imzalayacaq. "Arsenal"ın akademiyasının yetirməsi olan 24 yaşlı futbolçu bu mövsüm bütün yarışlarda 14 oyunda 6 qol vurub. "Transfermarkt" saytı onun dəyərini 140 milyon avro olaraq qiymətləndirir.
"Topçular"ın Sakaya yeni müqavilə təklif edəcəklər


