Futbol üzrə Haiti milli komandasının azarkeşlərinin ABŞ-a girişi qadağan olduğu üçün onlar DÇ-2026-da oyunlara buraxılmayacaq.
"New York Times" qəzetinin məlumatına görə, iyun ayında ABŞ prezidenti Donald Tramp təhlükəsizlik səbəbi ilə haitililər də daxil olmaqla 12 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edib. Bu qadağa futbol komandasına şamil edilməyəcək.
Qeyd edək ki, ada təmsilçiləri Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyasının (KONKAKAF) seçmə mərhələsinin üçüncü mərhələsindən sonra öz qrupunda birinci yeri tutaraq və turnirə birbaşa vəsiqə qazanıb. Bu, Haiti millisinin Dünya Kubokunda ikinci çıxışıdır. Onlar ilk dəfə 1974-cü ildə komanda ilk tur qrup mərhələsində heç bir xal toplamadan öz qrupunda dördüncü yeri tutmuşdu.


