İtaliya futbolunun əfsanələrindən biri olan hücumçu Alessandro Del Pyero jurnalistlərin hər ölkədən gördüyü ən yaxşı oyunçuların adını çəkməsini xahiş edib. "Yuventus"un keçmiş futbolçusu böyük bir siyahı tərtib edib. "İspaniya - Xavi. Fransa - Zidan. İtaliya - Maldini. Almaniya - Klinsmann. Portuqaliya - Ronaldo. Argentina - Messi. Braziliya - Pele. Kolumbiya - Valderrama. Çili - Vidal. Meksika - Çiçarito. Uruqvay - Montero", - deyə fcinter1908.it saytı Del Pyerodan sitat gətirib. Qeyd edək ki, De Pyero peşəkar karyerasını 2015-ci ildə Hindistanda başa vurub.


