Futbolçunun evi yandı

Futbolçunun evi yandı

Münhen «Bayern»nin keçmiş futbolçusu Mehmet Şolun Münhendəki evi yanıb. Almaniyanın «Bild» nəşrinin məlumatına görə, yanğına qısaqapanma səbəb olub. Yanğın qonşusu ilə birlikdə istifadə etdiyi qarajda baş verib və yanğın sonda Şollun qarajına yayılıb. Evə demək olar ki, heç bir ziyan dəyməyib. Lakin qaraj və orada park edilmiş avtomobil tamamilə yarasız vəziyyət düşüb. Xatırladaq ki, Mehmetin ulduzu 1990-cı illərdə "Bavariya"da parlayıb. O, klubun heyətində 469 matçda 117 qol vurub. Karyerası ərzində səkkiz dəfə Bundesliqanın, 2001-ci ildə isə Çempionlar Liqasının qalibi olub.