"İdman üçün çalışan insanların sayı azalıb"

"İdman üçün çalışan insanların sayı azalıb"

Boks aləmində hələ də məğlubiyyət görməyən 38 yaşlı ukraynalı dünya çempionu Aleksandr Usik müasir boksdakı əsas problemlərdən danışıb. "Düşünürəm ki, idman üçün çalışan insanların say azalıb. Bu isə heç də yaxşı hal deyil. Hələ ki gec olmadan idmanı təhlükədən qorumaq lazımdı", - deyə Usik YouTube kanalında keçirilən qısa sorğu zamanı vurğulayıb. Xatırladaq ki, Usik iyulun 20-də Londondakı "Uembli" stadionunda keçirilən son döyüşdə ev sahibi Daniel Düboa ilə revanş görüşünü beşinci raundda nokautla yekunlaşdırıb.