Misli Premyer Liqası: "Kəpəz" sonuncu pillədən qurtuldu

Misli Premyer Liqası: "Kəpəz" sonuncu pillədən qurtuldu

Futbol üzrə Misli Premyer Liqasının XII turun oyunlarına start verilib. 

Olimpnews.az xəbər verir ki, turun açılış matçında "Karvan-Yevlax" və "Kəpəz" klubları qarşılaşıb. Yevlax şəhər stadionunda keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:2. 

Qələbə sayəsində xallarının sayını 6-ya çatdıran "Kəpəz" onuncu pilləyə yüksəlib. "Karvan-Yevlax" isə 5 xalla 12-cidir.