“Liverpul” uçuruma gedir?

“Liverpul” uçuruma gedir?

Dünən İngiltərə Premyer Liqasının 12-ci turunda “Liverpul” evdə “Nottingem Forest”lə görüşdə məğlubiyyətlə üzləşdi – 0:3. “OptaJoe”nun məlumatına görə, “Liverpul” yeni mövsümün ilk 12 turunda altı məğlubiyyət alan dördüncü İngiltərə çempionu klubu olub. Buna qədər 1995/96 mövsümündə “Blekbern Rovers”, 2015/16 mövsümündə “Çelsi” 2016/17 mövsümündə “Lester” eyni nəticə ilə diqqət çəkib.