"Barselona" Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvaresin transferindən imtina etmək qərarına gəlib. "Mundo Deportivo"nun məlumatına görə, onlar indi Harri Keyni Münhen"Bayern"indən almaq üçün hərəkətə keçiblər. Kataloniya klubuna Keyni almaq Alvaresdən iki dəfə ucuz başa gələ bilər.
Qeyd edək ki, hücumçunun "Bayern"lə müqaviləsində 65 milyon avroluq sərbəst qalma bəndi var. Onun alman nəhəngləri ilə müqaviləsi 2027-ci ilə qədərdir.


