Flarentino Perez sərt danışdı: "Bu, normal deyil, səbəbi nə olursa olsun"

Flarentino Perez sərt danışdı: "Bu, normal deyil, səbəbi nə olursa olsun"

İspaniyanın "Real" klubunun prezidenti Florentino Perez sərt fikirlər səsləndirib.

O, qeyd edib ki, “Barcelona klubunun hakimlər üzrə vitse-prezidentə 17 il ərzində 8 milyon avrodan çox ödəniş etməsi məsələsini gündəmə tətirib. "Bu, normal deyil, səbəbi nə olursa olsun. Bu, təsadüfən də olsa, "Barselona" klubunun ən yaxşı idman dövrü ilə üst-üstə düşür. La Liqa prezidentinin İspaniya xaricində matçın keçirilməsini təbliğ etməsi normal deyil. Hətta onların kapitanı Frenki de Yonq belə bunun normal olmadığını düşünür.

Eyni zamanda, La Liqa rəhbərliyi Mayamidə oynamaq üçün əlavə maliyyə stimulları alan iki komanda "Barselona" və "Vilyarreal" klublarını dəstəkləməsi də normal deyil. Buna baxmayaraq, biz cənab Tebasın bu mövzunun NFL oyunu ilə müqayisə etməyə çalışmasını dinləməliyik”, - deyə Prez bildirib.