Vinisius "Real"la razılaşa bilmir

Vinisius "Real"la razılaşa bilmir

Madrid "Real"ının braziliyalı futbolçusu Vinisius Junior yanvar transfer pəncərəsində klubdan ayrıla bilər. 

Olimpnews.az jurnalist Ekrem Konurun məlumatına istinadən xəbər verir ki, o, klubla yeni müqavilə barədə razılığa gələ bilmir. Belə olduğu təqdirdə "Çelsi" və "Mançester Siti" onu heyətində görmək istəyəcək. 

Qeyd edək ki, Junior müqaviləsi 2027-ci ilin yayında başa çatır. Vinisiusun transfer qiyməti 150 milyon avrodur.