Bundesliqada 500-cü matçına çıxıb

Bundesliqada 500-cü matçına çıxıb

Almaniya Bundesliqasında çıxış edən "Hoffenhaym"ı son turda «Maynts»la heçə-heçə edib - 1:1.

Olimpnews.az xəbər verir ki, "Hoffenhaym"ın qapıçısı Oliver Baumann üçün bu matç onun Almaniya futbolunun yüksək liqasında 500-cü oyunu olub. O, Bundesliqa tarixində bu nüfuzlu mərhələyə çatan beşinci qapıçı adını qazanıb. Qeyd edək ki, "Hoffenhaym" hazırda Almaniya liqasının turnir cədvəlində altıncı yerdədir.