Xuan Laporta Hansı Flikin "Barselona"ya gətirilməsindən danışdı 

Xuan Laporta Hansı Flikin "Barselona"ya gətirilməsindən danışdı 

"Barselona" klubunun baş məşqçisi Xuan Laporta almaniyalı mütəxəssis Hans-Diter Flikin komandaya gətirilməsindən danışıb. 
63 yaşlı funsioner həmin anları belə xatırlayıb: "Xatırlayıram ki, bir gündəlik qəzetin xüsusi buraxılışını oxuyurdum, orada Ralf Rangnik adlı bir adamdan bəhs edilirdi və onun haqqında “Alman məşqçilərinin atası” deyilirdi. Bundan sonra Yusteyə “Gəl, Ralf’ı nahara dəvət edək”, - dedim. O gəldi və biz danışmağa başladıq. Ondan soruşdum: “Barsa üçün ən uyğun məşqçi kimdir?”
Ralf cavab verdi: “Klopp böyük addır, amma mümkün deyil, çünki öhdəliyi var. Tuxel texniki baxımdan ən yaxşısıdır. Naqelsmann əladır, amma ulduz futbolçuları idarə etməkdə çətinlik çəkir. Flik isə hər şeyə sahibdir, ən uyğunu odur.
Sonra Flik Xavinin getməyə qərar verdiyini hiss etdi, buna görə də "Barselona"nı izləməyə başladı və həmin dövrdə işin böyük bir hissəsini tamamladı. O oyunçuları, ümumiyyətlə, sözün əsl mənasında hər şeyi öyrəndi, buna görə də komandaya məşqçilik etməyə tam hazır idi və uğura inamı var idi.
Xavi ayrıldığını özü elan etdi, sonra mənim evimdə görüş tələb etdi və dedi ki “Mən davam etmək istəyirəm və buna ehtiyacım var..”
Mən ona bir sual verdim: “Komandaya inanırsan, Xavi?”
O cavab verdi: “100 faiz inanıram və bu futbolçuları çempion edəcəyəm.”
Bilirsiz ki, mən Xavini çox yüksək qiymətləndirirəm və onun bu sözləri mənə təsir etdi.
Mən ona dedim: “Yaxşı, davam et. Mən də insanlara nə baş verdiyini izah etməyə, açıqlamalar verməyə çalışacağam.”
Lakin bir həftə sonra Xavinin “komandanın rəqabətcil olması üçün bir neçə ilə ehtiyacı var” dediyini eşitdim. Və daha sonra, iki həftə sonra, Dekuya komandadakı bir neçə oyunçunun dəyişdirilməsi lazım olduğunu bildirdi.
Həmin an qərarımı verdim ki, bu, mənim üçün Ronaldinyo, Deku və Eto'o kimi futbolçuları yola salmaq qədər çətin idi”, - deyə klub rəhbəri qeyd edib.