“Operatordan üzr istəyirəm” - Quardiola

“Operatordan üzr istəyirəm” - Quardiola

"Nyukasl"a məğlubiyyətdən sonra "Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola çəkiliş qrupunun operatoru ilə mübahisə edib. Bu hadisə dünya mediasının diqqətindən yayınmayıb. Hadisədən bir gün sonra Quardiola mətbuat konfransında vəziyyətlə bağlı şərh verib. "Bu hadisəyə görə utanıram. Fürsətdən istifadə edib, operatordan üzr istəyirəm. Mən olduğum kimiyəm. Hərdən səhv edirəm. Komandamı və klubumu müdafiə edirəm", - Quardiola jurnalistlərə bildirib.