Futbol mərcləri ilə bağlı qalmaqal nəticəsində Türkiyədən təxminən 52 milyard dollar oğurlanıb. Bu barədə HT Spor televiziya kanalına istinadən Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri İbrahim Hacıosmanoğlu bildirib. "Keçən il Türkiyədən 52 milyard dollar çıxarılıb. Bununla nə qədər çox mübarizə aparsaq, bir o qədər çox türk xalqına xidmət etmiş olacağıq", - deyə TFF rəsmisi qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl matçlara qanunsuz mərc qoyuluşu ilə bağlı araşdırma çərçivəsində 1024 futbolçu TFF Peşəkar Futbol İntizam Şurasına cavab verməli olacaq. Onların arasında “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor” kimi aparıcı klublar da daxil olmaqla 27 klubunun oyunçuları da var. Bu arada, TFF 149 peşəkar hakimi səkkiz aydan bir ilə qədər müddətə oyunlardan kənarlaşdırıb. Onların xarici bukmekerlərdə də mərc hesabları olduğu iddia edilir.
TFF: Türkiyədən 52 milyard dollar çıxarılıb


