Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Liqa mərhələsində V turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu gün liqa mərhələsində növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada “Napoli”nin qonağı olacaq. “Dieqo Armando Maradona” stadionunda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.Oyunun baş hakimi polşalı FIFA referisi Şimon Marçinyak olacaq.
Qeyd edək ki, ilk 4 turdan sonra “Qarabağ” 7 xalla turnir cədvəlinin 15-ci, “Napoli” isə 4 xalla 24-cü pilləsində qərarlaşacaq.


