Nadal həmyerlisini təriflədi

Nadal həmyerlisini təriflədi

Ötən il böyük tennislə vidalaşan ispaniyalı Rafael Nadal Madrid «Real»ındakı vəziyyət və baş məşqçi Xabi Alonsonun işi ilə bağlı fikirlərini bölüşüb. 
««Real Madrid» hazırda Alonsonun rəhbərliyi altında La Liqada birinci yerdədir. UEFA Çempionlar Liqasında da  klubun mövqeyi pis görünmür. Alonso öz işini bilən bir mütəxəssisdir. Ev bir gün ərzində tikilmir», - deyə «Madrid Universal» Nadalın sözlərindən sitat gətirib.
Xatırladaq ki, Madrid klubu son üç oyundur ki, qələbə qazana bilmir.  Belə ki, «Real» Çempionlar Liqasında «Liverpul»a 1:0 hesabı ilə uduzub. La Liqanın lideri iki dəfə («Rayo Valyekano» ilə 0:0 və "Elçe" ilə 2:2) heç-heçə edib.