Maradonanın cizgiləri Hindistanda canlanacaq

Maradonanın cizgiləri Hindistanda canlanacaq

Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradonanın həyatı cizgi serialında canlandırılacaq. "A Bola" portalının məlumatına görə, layihə Hindistan media şirkəti olan «Reliance Entertainment» tərəfindən həyata keçiriləcək. Şirkət artıq personajla bağlı bütün zəruri əqli mülkiyyət hüquqlarını əldə edib. Serial Maradonanın həyatını, erkən yaşlarından dünya şöhrətinə qədər təsvir edəcək. Serialda onun karyerasındakı əsas məqamlar, şəxsi təcrübələri və geridə qoyduğu dərin mədəni təsir araşdırılacaq. Layihə hazırda inkişaf mərhələsindədir. Yaradıcı heyət və premyera tarixi haqqında daha ətraflı məlumatın tezliklə açıqlanması gözlənilir.