"Lids Yunayted" baş məşqçidən narazıdır

"Lids Yunayted" baş məşqçidən narazıdır

"Lids Yunayted"in baş məşqçisi Daniel Farkenin işi ciddi təhlükə altındadır. «İndykaila News»in məlumatına görə, Farkenin klubdakı gələcəyinə qərar vermək üçün tezliklə "Lids" rəhbərliyinin iclası keçiriləcək. Xatırladaq ki, "Lids" çempionşipdən qayıtdıqdan sonra İngiltərə Premyer Liqasında ilk mövsümünü keçirir. 12 oyundan sonra komanda turnir cədvəlində 18-ci yerdə qərarlaşaraq düşmə zonasında qərarlaşıb.