Son dövrlərdə "Liverpul"un uğursuz çıxışı baş məşqçisi Arne Slotun işini təhlükə altına salmır. İnsayder Fabrizio Romanonun sözlərinə görə, "qırmızılar"ın rəhbərliyi hazırda Slotun yerinə əvəzedici axtarmır. Klub vəziyyətin mürəkkəbliyini anlayır və mümkün qədər tez bir zamanda həll yolu tapmaq üçün daxildə fəal şəkildə müzakirələr aparır.
Qeyd edək ki, bu gün "Liverpul" Çempionlar Liqasının beşinci turunda evdə PSV ilə üz-üzə gələcək.


