"Marsel" 250-ci matçında qələbə qazanıb

"Marsel" 250-ci matçında qələbə qazanıb

Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Fransa "Marsel"i İngiltərənin "Nyukasl" komandası ilə görüşdə qələbə qazanıb. Bununla da "Marsel" Avropa yarışlarında 250-ci oyununu keçirib. Liqa 1 təmsilçisi yalnız PSJ (278 oyun) və «Lyon»dan (272) geri qalır. İlk beşliyə «Monako» (205 oyun) və «Bordo» (200 oyun) daxildir.