"Kamp Nou" stadionunun yenidənqurma işləri zamanı qanunsuzluqlar aşkar edilib

"Kamp Nou" stadionunun yenidənqurma işləri zamanı qanunsuzluqlar aşkar edilib

İspaniyanın "Barselona" klubunun ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionunda aparılan yenidənqurma işləri zamanı bəzi qanunsuzluqlar üzə çıxıb.

Olimpnews.az xəbər verir ki, 79 qeyri-qanuni türk işçinin çalışdığı müəyyən edilib. Onlar dərhal işdən uzaqlaşdırılıb və maaşlarını almadan Türkiyəyə geri göndəriliblər. Hadisə ilə bağlı məsul olan podratçı şirkətə 1,09 milyon avro cərimə kəsilib. Cərimə həm qeyri-qanuni işçi çalışdırılması, həm də əmək hüquqlarının pozulması ilə əlaqələndirilir.