"Barselona" klubunun futbolçusu Fermin Lopez yenidən zədələnib.
Olimpnews.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Çelsi" klubu ilə oyunda sıradan çıxıb. Sağ ayağının soleus əzələsindən zədə alan futbolçu 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Fermin Lopez bir müddət əvvəl də zədələnəmişdi.
"Barselona"nın futbolçusu zədələndi


